
Motorola Edge 60-ın render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
21.04.2025
Emil
Motorola şirkəti Edge 60 Fusion və Edge 60 STYLUS smartfonlarını təqdim edəndən sonra indi də adi Edge 60 modelini təqdim etməyə hazırlaşır. İnternetdə isə bu modelin fotoları və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da göründüyü kimi Edge 60 smartfonu xarici görünüşcə Motorola-nın son zamanlarda təqdim etmiş olduğu digər smartfonlardan fərqlənməyəcək.

Məlumatda qeyd olunub ki, Edge 60 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfon 50 MP-lik əsas arxa kameranı və 50 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə Edge 60-ın 68 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.



Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
