main-post-cover

    MSI Claw A1M adlı yeni portativ oyun konsolu təqdim olunub

    Cihazlar+
    09.01.2024
    Emil Nəcəfov
         MSI şirkəti CES 2024 sərgisi çərçivəsində öz ilk portativ oyun konsolunu təqdim edib. Şirkətin ilk portativ oyun konsolu MSI Claw A1M adını əldə edib. O, xarici görünüşcə digər portativ oyun konsolları olan Steam Deck, ASUS ROG Ally Lenovo Legion Go cihazlarına bənzəyir. MSI Claw A1M 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym IPS ekranla təchiz olunub. Cihaz Intel Core Ultra prosessoru vasitəsilə çalışır və özündə inteqrasiya edilmiş Intel Arc qrafikasını birləşdirir.
         MSI Claw A1M oyun konsolu LPDDR5 standartlı 16 GB RAM 1 TB-a kimi SSD ilə təchiz olunub. Bununla yanaşı cihazda microSD kart dəstəyi mövcuddur. Yeni portativ oyun konsolu öz enerjisini 53 vatt saat həcmli batareyadan əldə edir. MSI bildirib ki, sözügedən batareya sayəsində MSI Claw A1M-dən 2 saat ərzində aktiv şəkildə istifadə etmək olar. Cihaz Windows 11 əməliyyat sistemi vasitəsilə çalışır. MSI öz ilk portativ oyun konsolunun nə zaman və hansı qiymətə satışa çıxacağını açıqlamayıb. Sadəcə olaraq məlumdur ki, o, 2024-cü il ərzində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI şirkətinin portativ oyun konsolunun texniki göstəriciləri və fotosu ortaya çıxıb
    msi-sirketinin-portativ-oyun-konsolunun-texniki-gostericileri-ve-fotosu-ortaya-cixib
    MSI şirkəti öz portativ oyun konsolunun təqdimatına hazırlaşır
    msi-sirketi-oz-portativ-oyun-konsolunun-teqdimatina-hazirlasir
    MSI yeni flaqman gaming noutbukunu anons edib
    msi-yeni-flaqman-gaming-noutbukunu-anons-edib
    MSI MAG 274QRF-QD E2 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    msi-mag-274qrf-qd-e2-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti
    MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-g274pfde-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti