main-post-cover

    MSI Claw A1M portativ oyun konsolunun satış qiymətləri açıqlanıb

    Cihazlar+
    30.01.2024
    Emil Nəcəfov
         MSI şirkəti CES 2024 sərgisində MSI Claw A1M adlı ilk portativ oyun konsolunu təqdim etmişdi. Lakin həmin vaxtda sözügedən portativ oyun konsolunun satış qiyməti barəsində məlumat verilmədi. İndi isə MSI şirkəti bu məlumatı təqdim edib. Şirkətin sözlərinə əsasən MSI Claw A1M 3 versiyada satışa çıxacaq. Beləliklə birinci versiya 14 nüvəli Intel Core Ultra prosessoru, inteqrasiya edilmiş 7 nüvəli Arc Xe qrafikası, 16 GB RAM512 GB-lıq SSD ilə təchiz olunacaq.
         Birinci versiyanın qiyməti 700$ təşkil edəcək. Yerdə qalan iki versiyanın hər biri 16 nüvəli Intel Core Ultra 155H prosessoru, 8 nüvəli qrafika və 16 GB RAM ilə təchiz olunacaq. İkinci və üçüncü versiya öz aralarında SSD üzrə fərqlənəcəklər. Belə ki, ikinci versiya 512 GB-lıq SSD, üçüncü versiya isə 1 TB-lıq SSD ilə təchiz olunacaq. İkinci versiya 750$-a, üçüncü versiya isə 800$-a satılacaq. Qeyd etmək lazımdır ki, MSI Claw A1M bu ilin birinci yarısında satışa çıxmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI Thunder Shadow 17 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-thunder-shadow-17-adli-yeni-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    MSI MAG 341CQP QD-OLED monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-341cqp-qd-oled-monitoru-teqdim-edilib-qiymeti
    MSI öz ilk portativ oyun konsolunun artıq növbəti versiyası üzərində çalışır
    msi-oz-ilk-portativ-oyun-konsolunun-artiq-novbeti-versiyasi-uzerinde-calisir
    MSI Claw A1M adlı yeni portativ oyun konsolu təqdim olunub
    msi-claw-a1m-adli-yeni-portativ-oyun-konsolu-teqdim-olunub
    MSI şirkətinin portativ oyun konsolunun texniki göstəriciləri və fotosu ortaya çıxıb
    msi-sirketinin-portativ-oyun-konsolunun-texniki-gostericileri-ve-fotosu-ortaya-cixib