Logo
    main-post-cover

    MSI MAG 245F X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.08.2025
    Emil
         MSI şirkəti öz yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 245F X24 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 112%-ni, DCI-P3 rəng diapazonunun isə 87%-ni əhatə edir. Monitor DisplayPort 1.2, HDMI 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişləri əldə edib. MSI MAG 245F X24 artıq Çində satışa çıxıb və onun qiyməti 83$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş