main-post-cover

    MSI MAG 255XFV gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         MSI şirkəti özünün MAG adlı monitor seriyasının yeni gaming modelini təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 255XFV adlanır. Beləliklə sözügedən monitor 250 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.5 düym ölçülü Rapid VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyədir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 78%-ni, Adobe RGB rəng diapazonunun isə 82%-ni əhatə edir. İstifadəçi gözlərinin yorulmaması üçün ekrana zərərli göy işıq filtrinin dəstəyi əlavə edilib. Monitor özündə HDMI 2.0, DiplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI MAG 255XFV artıq 140$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolu təqdim edilib
    msi-claw-8-ai-plus-adli-yeni-portativ-oyun-konsolu-teqdim-edilib
    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib
    msi-mag-271qpx-e2-gaming-monitoru-teqdim-edilib
    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ
    msi-titan-18-pro-noutbukunun-en-guclu-versiyasi-teqdim-olunub-qiymeti
    MSI MAG 27C6X gaming monitoru təqdim edilib
    msi-mag-27c6x-gaming-monitoru-teqdim-edilib
    MSI Pulse 14 AI (2024) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-pulse-14-ai-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti