main-post-cover

    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib

    Cihazlar+
    29.05.2024
    Emil Nəcəfov
         MSI şirkəti özünün MAG adlı monitor seriyasının yeni gaming modelini təqdim edib. Şirkətin yeni monitoru MSI MAG 271QPX E2 adlanır. Beləliklə bu yeni gaming monitor Samsung-un 48 Hz-dən 240 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym QD-OLED ekranı ilə təchiz olunub. Ekranın adi parlaqlıq səviyyəsi 250 nit, maksimal parlaqlıq səviyyəsi isə 1000 nit təşkil edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyə təşkil edir və o, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB 3.2 Type-C girişi vasitəsilə həmçinin digər cihazları da şarj etmək olar. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. MSI MAG 271QPX E2-nin nə zaman və hansı qiymətə satılacağı daha sonra açıqlanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ
    msi-titan-18-pro-noutbukunun-en-guclu-versiyasi-teqdim-olunub-qiymeti
    MSI MAG 27C6X gaming monitoru təqdim edilib
    msi-mag-27c6x-gaming-monitoru-teqdim-edilib
    MSI Pulse 14 AI (2024) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-pulse-14-ai-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    MSI MAG 274URFW gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-274urfw-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MPG 274URF QD gaming monitoru təqdim olunub - QİYMƏTİ
    msi-mpg-274urf-qd-gaming-monitoru-teqdim-olunub-qiymeti