main-post-cover

    MSI MAG 271QPX QD-OLED E2 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
         MSI şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 271QPX QD-OLED E2 adlanır. Bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın adi parlaqlıq səviyyəsi 250 nit, HDR rejimdə parlaqlıq səviyyəsi isə 450 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyədir.
         Ekran üstəlik sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. MSI MAG 271QPX QD-OLED E2-nin nə zaman satışa çıxacağı barəsində məlumat verilməsə də qeyd edilib ki, onun qiyməti 700$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 255XFV gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-255xfv-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolu təqdim edilib
    msi-claw-8-ai-plus-adli-yeni-portativ-oyun-konsolu-teqdim-edilib
    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib
    msi-mag-271qpx-e2-gaming-monitoru-teqdim-edilib
    MSI Titan 18 Pro noutbukunun ən güclü versiyası təqdim olunub - QİYMƏTİ
    msi-titan-18-pro-noutbukunun-en-guclu-versiyasi-teqdim-olunub-qiymeti
    MSI MAG 27C6X gaming monitoru təqdim edilib
    msi-mag-27c6x-gaming-monitoru-teqdim-edilib