
MSI MAG 272QP gaming monitoru təqdim edilib - QİYMƏTİ
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 272QP adlanır. Bu yeni monitor yüksək təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Monitor DisplayPort 1.4a, HDMI 2.1 və USB Type-C girişlərini əldə edib. MSI MAG 272QP artıq Çində satışa çıxıb və onun qiyməti 749$ təşkil edir.

Paylaş