Logo
    main-post-cover

    MSI MAG 272QP QD-OLED X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.09.2025
    Emil
         MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 272QP QD-OLED X24 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4a USB-C girişlərini əldə edib. MSI MAG 272QP QD-OLED X24 artıq Çində satışa çıxıb və onun qiyməti 420$ təşkil edir. Yaxın aylar ərzində monitor digər regionlarda da satışa çıxmalıdır.
    Paylaş