
MSI MAG 273QP gaming monitoru təqdim edilib
Cihazlar+
20.02.2025
Emil
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 273QP adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 450 nit, maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1 və DisplayPort 1.4a girişlərini əldə edib. MSI MAG 273QP-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
