
MSI MAG 274QRF-QD E2 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
21.12.2023
Emil
MSI şirkəti özünün MAG adlı gaming monitorlar seriyasının yeni modelini təqdim edib. Təqdim edilmiş yeni gaming monitor MSI MAG 274QRF-QD E2 adını əldə edib. Beləliklə sözügedən monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD (2560x1440 piksel) keyfiyyətli 27 düym Rapid IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 98%-ni, sRGB rəng diapazonunun 150%-ni və AdobeRGB rəng diapazonunun 94%-ni əhatə edir. Monitor özündə HDMI, USB-C və DisplayPort girişlərini birləşdirir. USB-C girişlərindən biri vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün həmin USB-C girişi 65 vatt çıxış gücünə sahibdir. MSI MAG 274QRF-QD E2 yaxın günlərdə Çin bazarında 220$ qiymətində satışa çıxacaq. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor MSI G274PFDE adını əldə edib.

Elm & Texnologiya
MSI MAG 401QR adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
Philips şirkəti ilə yanaşı MSI şirkəti də öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 401QR adını əldə edib.
Ən çox oxunanlar

Yeni fotolar iPhone 17 Pro modellərindəki dizayn dəyişikliyini əks etdirirlər
