main-post-cover

    MSI MAG 274URFW gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Farid Pardashunas
         MSI şirkəti özünün MAG adlı monitor seriyasını yeni modellərlə genişləndirməyə davam edir. Şirkət bu dəfə MSI MAG 274URFW adlı yeni gaming monitorunu təqdim edib. Beləliklə bu yeni gaming monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym Rapid IPS ekranla təchiz olunub. Ekran VESA DisplayHDR 400 sertifikatına sahibdir. O, DCI-P3 rəng diapazonunun 98%-ni, Adobe RGB rəng diapazonunun isə 93%-ni əhatə edir. Ekran üstəlik AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə DisplayPort 1.4a, HDMI 2.1, USB Type-C girişlərini və naqilli qulaqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. MSI MAG 274URFW artıq Çində satışa çıxıb və onun qiyməti 345$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MPG 274URF QD gaming monitoru təqdim olunub - QİYMƏTİ
    msi-mpg-274urf-qd-gaming-monitoru-teqdim-olunub-qiymeti
    MSI MAG 321CUP gaming monitoru təqdim edilib
    msi-mag-321cup-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 27CQ6PF gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-27cq6pf-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MPG271QRX gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mpg271qrx-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 27CQ6F gaming monitoru təqdim edilib
    msi-mag-27cq6f-gaming-monitoru-teqdim-edilib