Logo
    main-post-cover

    MSI MAG 275QF E21 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2025
    Emil
         MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 275QF E21 adlanır. Beləliklə bu yeni monitor 210 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Rapid IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun 94%-ni əhatə edir. Monitor özündə AMD Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0b, DisplayPort 1.4a girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI MAG 275QF E21 artıq Çində satışa çıxıb və onun qiyməti 110$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş