
MSI MAG 275QF gaming monitoru təqdim edilib
Cihazlar+
07.08.2024
Emil
MSI şirkəti özünün MAG adlı gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 275QF adlanır. Bu monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran üstəlik Adaptive-Sync dəstəyinə sahibdir və sRGB rəng diapazonunun 101%-ni, DCI-P3 rəng diapazonunun 78%-ni, Adobe RGB rəng diapazonunun isə 82%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. MSI MAG 275QF artıq Çində satışa çıxıb və onun qiyməti 124$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
