Logo
    main-post-cover

    MSI MAG 275QPF X30 gaming monitoru təqdim edilib

    Cihazlar+
    07.04.2025
    Emil
         MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru MSI MAG 275QPF X30 adlanır. Beləliklə bu yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Rapid IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik ərngləri dəstəkləyir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 95%, Adobe RGB rəng diapazonunun isə 89%-ni əhatə edir. Monitor özündə Adaptive SYNC texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4a girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. MSI MAG 275QPF X30-un nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş