
MSI MAG 27C6X gaming monitoru təqdim edilib
MSI şirkəti MAG adlı gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni monitoru MSI MAG 27C6X adlanır. Beləliklə bu yeni gaming monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Bununla belə ekranın təsvir yenilənməsini maksimum 250 Hz-ə kimi yüksəltmək olar. Bu, DisplayPort girişi vasitəsilə reallaşdırılır. Ekran sRGB rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun 80%-ni və DCI-P3 rəng diapazonunun 77%-ni əhatə edir. Bununla yanaşı ekran AMD Adaptive Sync texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə DisplayPort, HDMI 2.0b girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI MAG 27C6X-in ABŞ bazarında qiyməti 170$ təşkil edir.
Paylaş