Logo
    MSI MAG 27CQ6PF gaming monitoru təqdim edilib - QİYMƏTİ

    MSI MAG 27CQ6PF gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.03.2024
         MSI şirkəti özünün MAG seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor MSI MAG 27CQ6PF adlanır. Beləliklə MSI şirkətinin bu yeni gaming monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Bununla yanaşı ekran sRGB rəng diapazonunun 105%-ni, DCI-P3 rəng diapazonunun 80%-ni və Adobe RGB rəng diapazonunun 80%-ni əhatə edir. Üstəlik ekran Adaptive-Sync texnologiyasının dəstəyinə sahibdir. MSI MAG 27CQ6PF özündə HDMI 2.0, DisplayPort 1.4, USB girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monitor artıq ABŞ bazarında 189$ qiymətində satışa çıxıb. Müəyyən müddətdən sonra monitor digər regionlarda da satılacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MSI MAG 27CQ6PF gaming monitoru təqdim edilib - QİYMƏTİ