
MSI MAG 321CUP gaming monitoru təqdim edilib
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor şirkətin MAG seriyasına daxildir və o, MSI MAG 321CUP adlanır. Beləliklə sözügedən yeni gaming monitoru 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və 10 bit-lik rəngləri dəstəkləyir. Həmçinin ekran DCI-P3 rəng diapazonunun 91%-ni əhatə edir və özündə Adaptive-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4a, HDMI 2.1 və USB-C girişlərini əldə edib. Monitorun USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. MSI MAG 321CUP-un nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatlar daha sonra veriləcək.

Paylaş