
MSI MAG 341CQP QD-OLED monitoru təqdim edilib - QİYMƏTİ
MSI şirkəti öz yeni monitorunu təqdim edib. Əyilmiş dizaynda reallaşdırılmış yeni monitor MSI MAG 341CQP QD-OLED adını əldə edib. Beləliklə sözügedən yeni monitor 175 Hz-lik təsvir yenilənməsinə sahib 3440х1440 piksel keyfiyyətli 34 düym QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, VESA DisplayHDR True Black 400 sertifikatına sahibdir. Ekran həmçinin DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4a, USB-C, USB-B və USB-A girişlərini birləşdirir. MSI MAG 341CQP QD-OLED artıq Çin bazarında 840$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş