
MSI MPG 274URDFW E16M gaming monitoru təqdim olunub
Cihazlar+
16.05.2025
Emil
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 274URDFW E16M adlanır. Beləliklə bu monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 140%-ni, Adobe RGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor DisplayPort 1.4a, HDMI 2.1 və USB Type-C girişlərini əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 98 vatt çıxış gücünə sahibdir. MSI MPG 274URDFW E16M-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
