
MSI MPG 274URF QD gaming monitoru təqdim olunub - QİYMƏTİ
Cihazlar+
28.03.2024
Emil
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 274URF QD adlanır. Beləliklə bu monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Sözügedən monitorun ekranı Quantum Dot texnologiyasının dəstəyinə sahibdir. Bu texnologiya ekranın daha geniş rəng əhatəsini təmin edir. Bunun sayəsində ekran sRGB rəng diapazonunun 145%-ni əhatə edir.

Bununla yanaşı ekran VESA DisplayHDR 400 sertifikatına, NVIDIA G-SYNC və AMD FreeSync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 və USB-C girişlərini birləşdirir. Monitorun USB-C girişi vasitəsilə digər cihazları da şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. MSI MPG 274URF QD-ın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verilməyib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
