
MSI MPG 321CURX QD-OLED gaming monitoru təqdim edilib
Cihazlar+
16.08.2024
Emil
MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru MSI MPG 321CURX QD-OLED adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 32 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran üstəlik 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun 98%-ni əhatə edir. Bu monitorun daha bir fərqləndirici tərəfi ondadır ki, onun ekranı qrafen örtüyə və istiliyin aradan qaldırılmasına istiqamətlənmiş radiatora sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 USB-C girişlərini birləşdirir. MSI MPG 321CURX QD-OLED-in nə zaman və hansı qiymətə satışa çıxacağı daha sonra açıqlanacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
