Logo
    main-post-cover

    MSI MPG 346CQRF X24 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.07.2025
    Emil
         MSI şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 346CQRF X24 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 85%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4a, USB 2.0 Type-A, USB 2.0 Type-B, USB 3.2 Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 98 vatt çıxış gücünə sahibdir. MSI MPG 346CQRF X24 artıq satışa çıxıb və onun qiyməti 600$ təşkil edir.
    Paylaş