
MSI MPG271QRX gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.02.2024
Emil
MSI şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor MSI MPG271QRX adlanır. Bu yeni monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym Samsung QD-OLED ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 250 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Bununla yanaşı ekran Adaptive-Sync texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 və USB Type-C girişlərini birləşdirir. MSI MPG271QRX yaxın zamanda 800$ qiymətində satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
