Logo
    main-post-cover

    MSI Pro MP165 E6 icmalı: Sadə işlər üçün ucuz və praktik portativ monitor

    Cihazlar+
    26.12.2025
    Sevinc
        Technote.az “CNET” platformasına istinadən bildirir ki, MSI Pro MP165 E6 portativ monitoru sadə ehtiyaclar üçün hazırlanmış, əlavə funksiyalardan uzaq və münasib qiymətə fokuslanan bir modeldir. Bazarda 4K, OLED, sensor ekran və yüksək yenilənmə tezliyi təklif edən portativ monitorlar çox olsa da, MSI bu modeldə əsas funksiyalara üstünlük verib.
        15,6 düymlük Full HD (1080p) IPS ekran gündəlik işlər üçün kifayət qədər aydındır. Rəng gamutunun yalnız 64 % sRGB olması səbəbindən görüntülər canlı görünmür və bu monitor nə video montajı, nə dizayn, nə də oyun üçün nəzərdə tutulub. Lakin elektron poçtlar, messencerlər, sənədlər və cədvəllər kimi sadə işlər üçün öz vəzifəsini yerinə yetirir. Parlaqlıq səviyyəsi qənaətbəxşdir, mat (anti-glare) örtük isə işıq altında istifadəni asanlaşdırır.
    A corner of the MSI Pro MP165 E6, displaying its ports.
            Konstruksiya baxımından MSI Pro MP165 E6 plastik korpusa malik olsa da, möhkəm təsir bağışlayır. Alt hissədə yerləşən qatlanan dayağı 90 dərəcəyə qədər açılır və monitoru müxtəlif bucaqlarda saxlamağa imkan verir. Çəkisi cəmi 1,75 funt (təxminən 800 qram) olduğu üçün çantada əlavə yük yaratmır. Arxa hissədə 75x75 mm VESA dəstəyi və tripod üçün 1/4 düymlük montaj dəliyi də mövcuddur. Bağlantılar sadə və funksionaldır: iki USB-C portu həm görüntü, həm də enerji ötürür. Monitor 15W enerji sərf edir və qalan gücü (təxminən 45W) noutbuka ötürərək onu şarj edə bilir. Bundan əlavə, tamölçülü HDMI portu da var. Qutudan çıxan kabellər və qoruyucu örtük bu qiymət seqmenti üçün xoş sürpriz sayılır.
        Daxili dinamiklər yüksək keyfiyyət təqdim etmir, lakin səsli zənglər və əsas audio üçün yetərlidir. Film izləmək və ya musiqi dinləmək üçün isə noutbuk dinamikləri daha uyğun seçimdir. Ümumilikdə, MSI Pro MP165 E6 yüksək keyfiyyətli görüntü axtaranlar üçün deyil. Amma səfərdə və ya ofisdə sadə ikinci ekran axtaran istifadəçilər üçün ucuz və praktik həll təqdim edir.
    Paylaş
    Bənzər xəbərlər