main-post-cover

    MSI PRO PA271WP monobloku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.09.2024
    Emil Nəcəfov
         MSI şirkəti öz yeni monoblokunu təqdim edib. Şirkətin yeni monobloku MSI PRO PA271WP adlanır. Beləliklə şirkətin bu yeni monobloku 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Üstəlik monoblokun gövdəsinin yuxarı hissəsinə 5 MP-lik hərəkətli veb kamera yerləşdirilib. Lazım olduğu zaman veb kamera gövdənin daxili hissəsindən xarici istiqamətə çıxış edir. Monoblok Intel Core i7-13620H prosessoru vasitəsilə çalışır və DDR4 standartlı 16 GB RAM ilə 512 GB-lıq SSD-ni əldə edib. Monoblok USB-A 2.0, VGA, USB-A 3.2, HDMI girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio giriş ilə təchiz olunub. MSI PRO PA271WP artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 618$ təşkil edir. Monoblokun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MPG 491CQPX QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mpg-491cqpx-qd-oled-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MPG 321CURX QD-OLED gaming monitoru təqdim edilib
    msi-mpg-321curx-qd-oled-gaming-monitoru-teqdim-edilib
    MSI Star Shadow 15 AI Ryzen Edition 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-star-shadow-15-ai-ryzen-edition-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    MSI MAG 275QF gaming monitoru təqdim edilib
    msi-mag-275qf-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 271QPX QD-OLED E2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-271qpx-qd-oled-e2-gaming-monitoru-teqdim-edilib-qiymeti