main-post-cover

    MSI Pulse 14 AI (2024) gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.04.2024
    Farid Pardashunas
         MSI şirkəti Pulse 14 AI (2024) adlı yeni gaming noutbukunu təqdim edib. Şirkətin bu yeni gaming noutbuku Intel Core Ultra prosessorunu, NVIDIA GeForce RTX videokartını, süni zəka funksiyalarını və böyük həcmli SSD-ni əldə edib. Beləliklə MSI Pulse 14 AI (2024) noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 17 düym ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk Intel Core Ultra 9-185H prosessoru vasitəsilə çalışır. MSI Pulse 14 AI (2024) iki versiyada təqdim olunub. Birinci versiya NVIDIA GeForce RTX 4060 videokartını, ikinci versiya isə RTX 4070 videokartını əldə edib.
         Hər iki versiya 32 GB RAM1 TB-lıq SSD ilə təchiz olunub. MSI bu noutbukda süni zəkaya xüsusi diqqət ayırıb. Noutbukda olan AI Engine tətbiqi noutbukdan müxtəlif istifadə ssenariləri üçün parametrlərin intellektual ayarlanmasını təmin edir. MSI AI Artist tətbiqi isə istifadəçiyə bu noutbukda sadə mətnli sorğular vasitəsilə fotolar və mətnlərin tərtibatları imkanını verir. Noutbukun soyutma sistemi qismində Cooler Boost adlı soyutma sistemi çıxış edir.
         Bu sistem özündə pərləri və bir neçə istilik borusunu birləşdirir. Noutbukun batareya həcmi isə 90 vatt saat təşkil edir. MSI Pulse 14 AI (2024) USB 3.2 Gen 2 Type-C, USB 3.2 Gen 1 Type-A, Ethernet girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Noutbuk artıq Çində satışa çıxıb. Onun RTX 4060 videokartına sahib versiyası 1506$-a, RTX 4070 videokartına sahib versiyası isə 1760$-a satılır. MSI Pulse 14 AI (2024)-ün digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 274URFW gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-274urfw-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MPG 274URF QD gaming monitoru təqdim olunub - QİYMƏTİ
    msi-mpg-274urf-qd-gaming-monitoru-teqdim-olunub-qiymeti
    MSI MAG 321CUP gaming monitoru təqdim edilib
    msi-mag-321cup-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 27CQ6PF gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-27cq6pf-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MPG271QRX gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mpg271qrx-gaming-monitoru-teqdim-edilib-qiymeti