main-post-cover

    MSI şirkəti öz portativ oyun konsolunun təqdimatına hazırlaşır

    Cihazlar+
    07.01.2024
    Emil Nəcəfov
         2017-ci ildə Nintendo Switch-in satışa çıxmasından sonra portativ oyun konsolları bazarında canlanma baş verdi. Nəticədə hal hazırda bazarda Steam Deck, Lenovo Legion Go, ASUS Rog Ally, PlayStation Portal kimi portativ oyun konsolları var. Yaxın zamanda bu bazarda daha bir şirkət öz məhsulunu təqdim etməlidir. Söhbət, MSI şirkətinin təqdimata hazırladığı portativ oyun konsolundan gedir. Şirkət öz Instagram hesabında təqdim etmiş olduğu videoda CES 2024 sərgisini qaçırmamağı məsləhət görür. Bununla yanaşı videoda portativ oyun konsolunun dizaynına bənzəyən elementlər əks olunub. MSI şirkətinin portativ oyun konsolunun necə adlanacağı bilinmir. Şirkət bütün məlumatları CES 2024 sərgisində təqdim etməlidir. Qeyd etmək lazımdır ki, CES 2024 sərgisi 9 yanvardan 12 yanvar tarixinə kimi Las-Veqasda keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI yeni flaqman gaming noutbukunu anons edib
    msi-yeni-flaqman-gaming-noutbukunu-anons-edib
    MSI MAG 274QRF-QD E2 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    msi-mag-274qrf-qd-e2-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti
    MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-g274pfde-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 401QR adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    msi-mag-401qr-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti