main-post-cover

    MSI Star Shadow 14 Air gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.02.2024
    Emil Nəcəfov
         MSI şirkəti Çində yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku MSI Star Shadow 14 Air adlanır. Beləliklə sözügedən yeni gaming noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfyyətli 14 düym ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. MSI Star Shadow 14 Air iki versiyada təqdim olunub. Onlar öz aralarında prosessor və videokart modeli ilə fərqlənirlər. Birinci versiya Intel Core i5-13420H prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4050 videokartını birləşdirir.
         İkinci versiyaya gəldikdə isə o, Intel Core i7-13620H prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir. Bununla belə hər iki versiya DDR5 standartlı 16 GB RAM 512 GB-lıq SSD ilə təchiz olunub. Bununla yanaşı noutbuk yarı şəffaf materialdan hazırlanmış yüngül gövdəyə sahibdir. Onun çəkisi 1.6 kq, qalınlığı isə 18.6 mm təşkil edir. MSI Star Shadow 14 Air-i artıq Çində ön sifariş etmək mümkündür. Core i5-13420H və GeForce RTX 4050-yə sahib versiya 844$-a, Core i7-13620H və GeForce RTX 4060-ya sahib versiya isə 943$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI Claw A1M portativ oyun konsolunun satış qiymətləri açıqlanıb
    msi-claw-a1m-portativ-oyun-konsolunun-satis-qiymetleri-aciqlanib
    MSI Thunder Shadow 17 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    msi-thunder-shadow-17-adli-yeni-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    MSI MAG 341CQP QD-OLED monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-341cqp-qd-oled-monitoru-teqdim-edilib-qiymeti
    MSI öz ilk portativ oyun konsolunun artıq növbəti versiyası üzərində çalışır
    msi-oz-ilk-portativ-oyun-konsolunun-artiq-novbeti-versiyasi-uzerinde-calisir
    MSI Claw A1M adlı yeni portativ oyun konsolu təqdim olunub
    msi-claw-a1m-adli-yeni-portativ-oyun-konsolu-teqdim-olunub