main-post-cover

    MSI Star Shadow 15 AI Ryzen Edition 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.08.2024
    Emil Nəcəfov
         MSI şirkəti yeni gaming noutbukunu təqdim edib. Şirkətin yeni gaming noutbuku MSI Star Shadow 15 AI Ryzen Edition 2024 adlanır. Beləliklə bu yeni gaming noutbuk 165 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 15 düym ölçülü ekranı əldə edib. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen 7-8845HS prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir.
         O, DDR5 standartlı 16 GB RAM-ı və 512 GB-lıq SSD-ni əldə edib. Noutbukun soyutma sistemi qismində 2 ədəd pər və 6 ədəd istilik borusu çıxış edir. MSI Star Shadow 15 AI Ryzen Edition 2024 noutbuku RGB işıqlandırma sistemli klaviaturaya, USB-A 3.2 Gen 1, USB-A 2.0, RJ45, HDMI, USB-C 3.2 Gen 1 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk 17 avqust tarixində Çində satışa çıxacaq və onun qiyməti 908$ təşkil edəcək. Noutbukun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 275QF gaming monitoru təqdim edilib
    msi-mag-275qf-gaming-monitoru-teqdim-edilib
    MSI MAG 271QPX QD-OLED E2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-271qpx-qd-oled-e2-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 255XFV gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-255xfv-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI Claw 8 AI Plus adlı yeni portativ oyun konsolu təqdim edilib
    msi-claw-8-ai-plus-adli-yeni-portativ-oyun-konsolu-teqdim-edilib
    MSI MAG 271QPX E2 gaming monitoru təqdim edilib
    msi-mag-271qpx-e2-gaming-monitoru-teqdim-edilib