main-post-cover

    MSI Thunder Shadow 17 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.01.2024
    Emil Nəcəfov
         MSI şirkəti Thunder Shadow 17 adlı yeni gaming noutbukunu təqdim edib. Sözügedən yeni gaming noutbuk özündə AMD NVIDIA texnologiyalarını, Wi-Fi 7 dəstəyini və böyük həcmli batareyanı birləşdirir. Beləliklə MSI Thunder Shadow 17 noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 17 düym ekranla təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen 9 7940HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4070 videokartını birləşdirir.
         Bununla yanaşı noutbuk  DDR5-5200 standartlı 16 GB RAM-a və 1 TB-lıq SSD-yə sahibdir. Batareya həcminə gəldikdə isə MSI Thunder Shadow 17 noutbuku 99 vatt saat həcmli batareya ilə təchiz olunub. Üstəlik noutbuk 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Noutbuk özündə RGB işıqlandırmaya sahib klaviaturanı, USB Type-C 3.2 Gen 2, USB 3.2 Gen 1 Type-A, HDMI 2.1, Ethernet girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. MSI Thunder Shadow 17 artıq Çin bazarında 1410$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 341CQP QD-OLED monitoru təqdim edilib - QİYMƏTİ
    msi-mag-341cqp-qd-oled-monitoru-teqdim-edilib-qiymeti
    MSI öz ilk portativ oyun konsolunun artıq növbəti versiyası üzərində çalışır
    msi-oz-ilk-portativ-oyun-konsolunun-artiq-novbeti-versiyasi-uzerinde-calisir
    MSI Claw A1M adlı yeni portativ oyun konsolu təqdim olunub
    msi-claw-a1m-adli-yeni-portativ-oyun-konsolu-teqdim-olunub
    MSI şirkətinin portativ oyun konsolunun texniki göstəriciləri və fotosu ortaya çıxıb
    msi-sirketinin-portativ-oyun-konsolunun-texniki-gostericileri-ve-fotosu-ortaya-cixib
    MSI şirkəti öz portativ oyun konsolunun təqdimatına hazırlaşır
    msi-sirketi-oz-portativ-oyun-konsolunun-teqdimatina-hazirlasir