main-post-cover

    MSI yeni flaqman gaming noutbukunu anons edib

    Cihazlar+
    22.12.2023
    Emil Nəcəfov
         MSI şirkəti öz yeni flaqman gaming noutbukunu anons edib. Şirkətin yeni gaming noutbuku MSI Titan 18 HX adını əldə edib. Şirkət sözügedən noutbukun texniki göstəriciləri barəsində məlumat versə də, onun təqdimatı gələn ay keçiriləcək CES 2024 sərgisində baş tutacaq. Beləliklə məlumatda qeyd edilib ki, MSI Titan 18 HX noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2400 piksel keyfiyyətli 18 düym mini-LED ekranla təchiz olunub. HDR rejimi çərçivəsində ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Noutbuk Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə GeForce RTX 4090 videokartını birləşdirir. Üstəlik MSI Titan 18 HX DDR5-5600 standartlı 128 GB RAM 2 TB-lıq SSD ilə təchiz olunub. MSI Titan 18 HX-in hansı qiymətə satılacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MSI MAG 274QRF-QD E2 adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    msi-mag-274qrf-qd-e2-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti
    MSI G274PFDE adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    msi-g274pfde-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    MSI MAG 401QR adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ
    msi-mag-401qr-adli-yeni-gaming-monitor-teqdim-edilib-qiymeti