Logo
    main-post-cover

    Müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqi təqdim edilib

    Cihazlar+
    20.11.2024
    Emil
         Kantar adlı analitik şirkət müxtəlif ölkələrdə məşhur olan smartfon modellərinin reytinqini təqdim edib. Qeyd etmək lazımdır ki, təqdim edilmiş reytinq bu ilin üçüncü rübündəki smartfon satışları üzrə məlumatlara əsaslanır. Məlum olub ki, ABŞ və Çindəki alıcıların üstünlük verdikləri smartfon modelləri fərqlənsə də bir modelə hamı tərəfindən üstünlük verilir. Beləliklə təqdim edilmiş 5 regiondan 4-də birinci yeri iPhone 15 tutub.
         Yalnız Çində birinci yerdə iPhone 15 Pro Max modeli qərarlaşıb. Bununla yanaşı Apple şirkətinin iPhone 15 seriyası Avropa və Yaponiya istisna olmaqla digər bütün regionlarda həmçinin ikinci yerdə qərarlaşıb. ABŞ-da ümumiyyətlə top 5-lik yalnız iPhone modellərindən təşkil edilib. Galaxy A55 modeli Avropa regionu üzrə ikinci yerdə, Avstraliyada isə sonuncu yerdə qərarlaşıb. Reytinqdən də görmək olar ki, Çində alıcılar iPhone-lar ilə yanaşı Huawei Xiaomi məhsullarına da diqqət ayırırlar.
    Paylaş