MWC 2024-də 28 000 mAh-lıq batareyaya sahib smartfon təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.02.2024
Emil
Avenir Telecom şirkəti 4 illik fasilədən sonra MWC 2024 sərgisində böyük həcmli batareyaya sahib yeni smartfonunu təqdim edib. Yeni smartfon Hard Case P28K adlanır və o, daha öncəki smartfon kimi Energizer brendi altında satılacaq. Beləliklə Energizer Hard Case P28K smartfonu Full HD keyfiyyətli 6.78 düym IPS ekranla təchiz olunub. Smartfon MediaTek MT6789 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi yerləşir.
Lakin şirkət kamera göstəriciləri barəsində məlumat verməyib. Energizer Hard Case P28K-in əsas fərqləndirici tərəfi böyük həcmli batareyadır. Belə ki, smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 28 000 mAh enerji tutumlu batareyaya sahibdir. Bu cür böyük həcmli batareya smartfondan 1 həftə ərzində daimi istifadəni təmin edir. Gözləmə rejimində isə smartfon 94 gün ərzində çalışa bilir. Energizer Hard Case P28K-in qalınlığı 27.8 mm, çəkisi isə 570 qramm təşkil edir. Energizer Hard Case P28K bu ilin oktyabr ayında 250 avro qiymətində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar