Logo
    main-post-cover

    Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    12.02.2025
    Emil
         Son məlumat sızıntılarına əsasən Samsung şirkəti yanvar ayının sonunda anons etmiş olduğu nazik gövdəli Galaxy S25 Edge smartfonunu yaxın aylar ərzində satışa çıxartmağı planlaşdırır. İndi isə məlum olub ki, Galaxy S25 Edge smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun vacib özəlliklərindən biri təsdiqlənib. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S25 Edge smartfonu Snapdragon 8 Elite prosessorununun 7 nüvəli versiyası vasitəsilə çalışacaq.
         Lakin Geekbench-in məlumatlar bazası bu məlumatı təkzib edib. Belə ki, məlumatlar bazasında qeyd edilmiş məlumata əsasən smartfon Snapdragon 8 Elite prosessorunun 8 nüvəli versiyasını əldə edəcək. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy S25 Edge qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2806 xal, çoxnüvəli testi çərçivəsində isə 8416 xal toplayıb.
    Mənbə: Mysmartprice
    Paylaş