Logo
    main-post-cover

    Nazik gövdəli Samsung Galaxy S25 Edge smartfonunun təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    08.05.2025
    Emil
         Samsung bu ilin əvvəlində Galaxy S25 smartfonlarını təqdim edən zaman Galaxy S25 Edge adlı nazik gövdəli modeli də anons etmişdi. Lakin həmin vaxtda bu modelin təqdimatı baş tutmamışdı. İndi isə şirkət Galaxy S25 Edge modelinin təqdimatını rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən smartfon 12 may tarixində təqdim olunacaq. Samsung bildirib ki, sözügedən smartfon yeni standartları təyin edir və mobil cihazlar bazarında yeni dövrəyə start verir. Şirkət xüsusi olaraq qeyd edib ki, Galaxy S25 Edge kompakt ölçüdə flaqman imkanlarını əks etdirən cihaz qismində çıxış edir. Bu isə o deməkdir ki, smartfon premium seqmentə istiqamətlənib.
    Mənbə: Samsung
    Paylaş