
Nazik gövdəyə sahib orta büdcəli Samsung Galaxy M56 5G təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.04.2025
Emil
Samsung orta büdcəli Galaxy M56 5G smartfonunu təqdim edib. Samsung-un bu yeni smartfonu böyük ölçülü ekranı, Exynos prosessorunu və nazik gövdəni əldə edib. Beləliklə Galaxy M56 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdə qalınlığı 7.2 mm təşkil edir. Bu isə keçən ilki Galaxy A55 5G-dən 30% daha nazik gövdə deməkdir.

Galaxy M56 5G smartfonu Exynos 1480 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Samsung bildirib ki, Galaxy M56 5G smartfonu 6 illik Android və təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon 23 aprel tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 328$-dan start götürəcək. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Dözümlü gövdəyə sahib Samsung Galaxy Tab Active 5 Pro planşeti təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu ilə yanaşı üstəlik dözümlü gövdəyə sahib planşetini də təqdim edib.

Cihazlar+
Dözümlü gövdəyə sahib Samsung Galaxy XCover 7 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti dözümlü gövdəyə sahib yeni orta səviyyəli smartfonunu təqdim edib. Söhbət, Galaxy XCover 7 Pro-dan gedir.

Cihazlar+
Samsung Galaxy S26 seriyasında Exynos 2600-ın istifadəsi barəsində yeni məlumat ortaya çıxıb
Son məlumata görə, Samsung gələn ilki Galaxy S26 smartfon seriyasını 2 nanometrlik texnoloji proses əsasında hazırlanmış yeni Exynos 2600 prosessoru ilə təchiz etməyi planlaşdırır.

Proqram Təminatı
Samsung 8 ədəd Galaxy smartfonu üçün proqram təminatı dəstəyini dayandırıb
Samsung bəzi yeni flaqman modelləri üçün dəstək müddətini 8 ilə qədər uzadıb. Lakin bu yenilik bütün rəsmi cihazlara şamil olunmayıb.

Cihazlar+
Dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro-nun render fotosu yayımlanıb
Samsung dözümlü gövdəyə sahib orta səviyyəli smartfonu Galaxy XCover 7 Pro-nun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu yayımlanıb.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
