Nəyə görə Apple şirkəti iPhone 12 üçün 120 Hz-lik ekranlardan imtina edib?

Nəyə görə Apple şirkəti iPhone 12 üçün 120 Hz-lik ekranlardan imtina edib?

Mobil Cihazlar
13.10.2020 PAYLAŞIM

    Artıq bugün axşam Apple şirkəti iPhone 12 smartfon seriyasını təqdim edəcək. Təqdimata az müddət qalmış məşhur insayder Jon Prosser təqdim olunacaq iPhone 12 barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Daha əvvəllər internetdə məlumat yayılmışdı ki, bu ilki iPhone 12 Pro iPhone 12 Pro Max modelləri 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyən ekranları əldə edəcəklər. Lakin sonradan insayderlər bu məlumatı təkzib etdilər.

    Jon Prosser-in sözlərinə əsasən Apple mühəndisləri 5G il 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar arasında seçim etməli olublar. Belə ki, bu hər iki texnologiyanın istifadəsi yüksək enerji sərfiyyatını tələb edir. Əgər iPhone 12 modellərində bu hər iki texnologiyanı reallaşdırsaydılar, smartfonların avtonom rejimdə çalışma müddətləri aşağı düşəcəkdi. Nəticədə Apple şirkəti üstünlüyü 5G texnologiyasına verdi.


    Bu işdə əsas rolu həmçinin marketinq də oynayıb. Belə ki, 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranların üstünlüklərini başa salmaq yerinə 5G texnologiyasını alıcılar arasında irəlilətmək daha asandır. 5G-ni satmaq daha asandır. Bəli, geek-lər üçün 120 Hz-lik ekranlar maraqlı ola bilərdilər, lakin orta statistik alıcı üçün bu heç bir məna kəsb etmir. Bununla yanaşı Jon Prosser bildirib ki, texniki olaraq Apple şirkəti öz smartfonlarına artıq 120 Hz-lik ekranları inteqrasiya etməyə hazırdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ..

Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman sm..


Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ..

OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli s..


iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shiel..


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..


Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Ma..


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..

×