Nəyə görə Apple Vision Pro kütləvi məhsul ola bilmədi?
Cihazlar+
26.08.2024
Emil Nəcəfov
Apple şirkətinin Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazı artıq yarım ildən bir qədər çoxdur ki, bazardadır. Bu cihaz rəsmi şəkildə fevral ayının əvvəlində satışa çıxmışdı və onun ətrafında olmuş çoxlu səs-küyə və cihaz barəsində çoxlu sayda müsbət fikirlərə baxmayaraq Vision Pro-nun bazardakı vəziyyəti heç də optimistik deyil. Cihazın satışları ilə bağlı problemlər və onun üçün nəzərdə tutulmuş maraqlı tətbiqlərin az sayda olması kimi faktorlar müzakirələrə səbəb olublar.
Apple şirkəti Vision Pro-nu təqdim etdiyi vaxtdan onu adi AR və VR cihaz kimi deyil, bir kompüter kimi qələmə verib. 3500$-lıq satış qiyməti bir çox potensial alıcı üçün ciddi maneədir. İlk baxışdan qiymətin 1000-1500$-a endirilməsi cihazı alıcılar üçün daha cəlbedici edə bilərdi. Lakin burda problem təkcə qiymətdə deyil. Əsas məsələ kompüter ideyasının reallaşdırılması mövzusundadır. Bu cür yüksək satış qiymətinin qarşılanması üçün şirkət sübut etməlidir ki, Vision Pro tapşırıqları ənənəvi kompüterlərdən daha yaxşı yerinə yetirə bilən yeni nəsil kompüterdir.
Hal-hazırda Vision Pro ilk növbədə media cihaz kimi diqqəti cəlb edir. Virtual ekranlar, foto və videoları geniş mühitdə izləmək imkanı cihazın güclü tərəflərindən biridir. Apple isə Vision Pro-nun kontentlərin izlənməsi üçün nəzərdə tutulmuş cihazdan daha artığı olması məqsədini öz qarşısına qoyub. Əgər Vision Pro, Mac və iPad ilə müqayisədə gündəlik istifadə üçün daha maraqlı təcrübəni təklif edə bilsə, vəziyyət tamamilə dəyişəcək. İstifadəçilərin əksəriyyəti Vision Pro-nu Mac-ın əvəzedicisi kimi deyil, onun üçün nəzərdə tutulmuş bahalı aksesuar kimi qəbul edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 16-nın təqdimat tarixi məşhur insayder tərəfindən təsdiqlənib
iPhone 16-nın təqdimat tarixi məşhur insayder tərəfindən təsdiqlənib
Apple şirkəti iPhone 16 smartfon seriyasının təqdimatını hələ rəsmi şəkildə anons etməyib.
iPhone 16-ların kamera imkanları və özəllikləri ortaya çıxıblar
iPhone 16-ların kamera imkanları və özəllikləri ortaya çıxıblar
Apple şirkətinin gələn ay təqdim edəcəyi iPhone 16 smartfonlarının kamera özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb.
Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
Apple AirTag, kargo oğrularının yaxalanmasına kömək edib!
Amerikanın Cənubi Kaliforniya əyalətindən olan bir qadın, Apple-ın 2021-ci ildə təqdim etdiyi AirTag izləmə cihazından istifadə edərək kargo oğrularını yaxaladıb.
Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
Apple şirkətinin ilk qatlana bilən smartfonu üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxan zaman həmçinin qeyd edilmişdi ki, şirkət üstəlik elastiki ekrana sahib MacBook üzərində də çalışır.
Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
Yazdığınız zaman iPhone-un çökməsinə səbəb olan 4 kombinasiyalı xəta ortaya çıxıb!
Mastodon-dakı bir təhlükəsizlik tədqiqatçısı, müəyyən simvolları yazarkən iPhone-ların əsas ekran proqramının sıradan çıxmasına səbəb olan iOS xətasını aşkar edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!