
Nintendo Switch 2-nin keyfiyyətli render fotoları və bəzi texniki imkanları təqdim edilib
Cihazlar+
09.01.2025
Emil
Biz biraz əvvəl Nintendo-nun növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində xəbər verdik. İndi isə OnLeaks ləqəbli məşhur insayder Nintendo Switch 2-nin keyfiyyətli render fotolarını təqdim edib və onun bəzi texniki imkanlarından danışıb. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Nintendo Switch 2 konsolu ümumilikdə birinci nəsil Nintendo Switch-ə bənzəyəcək. Birinci nəsil Nintendo Switch-də olduğu kimi Nintendo Switch 2-də də idarəetmə hissələrini (Joy-Con) əsas gövdədən ayırmaq mümkün olacaq.

Məlumata əsasən Nintendo Switch 2-nin uzunluğu 271 mm, eni 116.4 mm, hündürlüyü isə 31.4 mm təşkil edəcək. İnsayder bildirib ki, Nintendo-nun bu yeni portativ oyun konsolu 8.4 düym ölçülü ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Nintendo Switch-in ekran ölçüsü 6.2 düym, Nintendo Switch OLED-in ekran ölçüsü isə 7 düym təşkil edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Nintendo Switch 2 özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi və USB-C girişini birləşdirəcək.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
