main-post-cover

    Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.06.2023
    Farid Pardashunas
        HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib. Nokia C300 modeli xarici görünüşcə bir qədər Nokia C110-a bənzəsə də nisbətən daha yaxşı texniki özəllikləri əldə edib. Beləliklə Nokia C300 smartfonu HD+ keyfiyyətli 6.52 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə damcı formalı çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Smartfonun yandırıb/söndürmə düyməsinə barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Əlavə olaraq onun gövdəsi IP52 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 662 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 13 MP + 2 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia C300 yaxın günlərdə 139$-a satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər