
Nothing Fold (1) adlı qatlana bilən smartfon konsepti hazırlanıb
Cihazlar+
13.12.2024
Emil
Öz qatlana bilən smartfonunu hazırlamağa tələsməyən şirkətlərdən biri də Nothing-dir. Bir neçə ay bundan öncə şirkətin CEO-su Carl Pei bildirmişdi ki, o hal-hazırda bu cür smartfonları perspektivli hesab etmir. Şirkət qatlana bilən smartfonunu hazırlamağa tələsməsə də, həvəskar şəxslər şirkətin yerinə bu cür Nothing smartfonunun necə görünə biləcəyinə dair fantaziyalar qurublar. Belə ki, Sarang Sheth adlı dizayner Nothing Fold (1) adlı smartfonun konseptini hazırlayıb. Dizaynerin fikrincə bu cür smartfon daha öncəki Nothing smartfonlarının dizayn özəlliklərini özündə qoruyub saxlamalıdır.

Bura həmçinin Glyph adlı işıqlandırma sistemi də daxildir. Dizayner bildirib ki, onun hazırlamış olduğu konseptdə smartfon 8.37 düym ölçülü daxili ekrana və 6.5 düym ölçülü xarici ekrana sahibdir. Fotolardan da görmək olar ki, dizayner qatlana bilən smartfonun arxa panel dizaynını daha əvvəlki Nothing smartfonlarının Glyph işıqlandırma sistemli arxa panel dizaynları şəklində reallaşdırıb. Konseptin maraqlı tərəfi isə smartfonun şarnir konstruksiyasına inteqrasiya edilmiş ekrandır. Bu cür ekran bildirişlər kimi müxtəlif məlumatları əks etdirə bilər.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
