Logo
    main-post-cover

    Nothing-in CMF brendi öz yeni naqilsiz qulaqlığını təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    06.03.2024
    Emil
         Dünən Nothing şirkəti Nothing Phone (2a) smartfonunu təqdim etdi. Lakin Nothing Phone (2a)-nın təqdimatı çərçivəsində şirkətin CMF adlı subbrendi də öz yeni məhsulunu da təqdim edib. Söhbət, CMF Buds adlı yeni naqilsiz qulaqlıqdan gedir. Sözügedən yeni qulaqlıq CMF-nın keçən ilin sentyabr ayında təqdim etmiş olduğu CMF Buds Pro-nun bir qədər sadələşdirilmiş versiyasıdır. Yenicə təqdim olunmuş CMF Buds modeli xarici görünüşcə demək olar CMF Buds Pro-ya bənzəyir. Sadəcə olaraq yeni naqilsiz qulaqlığın şarj keysi dairəvi formada deyil, kvadrat formada hazırlanıb.
         CMF Buds qulaqlıqlarına 12.4 mm-lik audio drayverlər quraşdırılıb. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər və bu funksiya vasitəsilə ətraf səs-küy 42 dB-ə (desibel) kimi boğulur. Qulaqlıqlar 4 ədəd mikforon ilə təchiz olunublar və onlar şəffaf rejimi dəstəkləyirlər. Bu rejim ətrafdakı insanların danışıqlarını eşitmək imkanını verir. Qulaqlıqların hər hansısa cihaza qoşulmaları üçün Bluetooth 5.3 texnologiyasından istifadə edilir.
         Bununla yanaşı onlar eyni anda iki cihaza qoşulma imkanına sahibdirlər. Qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunurlar. Şarj keysi ilə birlikdə CMF Buds qulaqlıqları 35.5 saat ərzində çalışa bilirlər. Sürətli şarj texnologiyasının dəstəyi ilə reallaşdırılan 10 dəqiqəlik şarj prosesi isə qulaqlıqların 6.5 saat ərzində çalışmalarına imkan verir. CMF Buds 30$ qiymətində artıq satışa çıxıb.
    Paylaş