main-post-cover

    Nothing-in CMF subbrendi öz yeni smart saatı üzərində çalışır

    Cihazlar+
    17.05.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin keçən ilin avqust ayında təsis etmiş olduğu CMF subbrendi həmin ilin sentyabr ayında CMF Watch Pro adlı ilk smart saatını təqdim etmişdi. Görünür, sözügedən subbrend CMF Watch Pro-nun davamçısı üzərində çalışır. Belə ki, 91mobiles saytı Hindistanın BIS adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında CMF-nın hələ təqdim olunmamış cihazı barəsində məlumat aşkar edib. Hindistanın sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında cihaz D398 indeksi ilə qeydiyyatdan keçib.
         Hal-hazırda aktual olan CMF Watch Pro isə D395 qeydiyyat indeksinə sahibdir. Bu isə o deməkdir ki, CMF subbrendi hal-hazırda CMF Watch Pro-nun davamçısı üzərində çalışır. Çox güman ki, subbrendin yeni smart saatı CMF Watch Pro 2 adlanacaq. Bu yeni smart saatın texniki imkanları və nə zaman təqdim olunacağı barəsində məlumatlar yoxdur. Lakin CMF Watch Pro-nun keçən ilin sentyabr ayında təqdim olunduğunu nəzərə alsaq, çox güman ki, CMF Watch Pro 2 də bu ilin ikinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing-in CMF subbrendinin ilk smartfonunun satış qiyməti açıqlanıb
    nothing-in-cmf-subbrendinin-ilk-smartfonunun-satis-qiymeti-aciqlanib
    Nothing-in CMF adlı subbrendinin ilk smartfonu barəsində yeni məlumatlar verilib
    nothing-in-cmf-adli-subbrendinin-ilk-smartfonu-baresinde-yeni-melumatlar-verilib
    Nothing-in CMF subbrendi öz ilk smartfonu üzərində çalışır
    nothing-in-cmf-subbrendi-oz-ilk-smartfonu-uzerinde-calisir
    Nothing Phone (3)-ün təqribi təqdimat müddəti açıqlanıb
    nothing-phone-3-un-teqribi-teqdimat-muddeti-aciqlanib
    Nothing Ear (a) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    nothing-ear-a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti