
Nothing öz yeni naqilsiz qulaqlığının ilk tizer fotosunu təqdim edib
Cihazlar+
06.09.2024
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Nothing şirkəti yeni naqilsiz qulaqlıq üzərində çalışır. Hazırlanan yeni naqilsiz qulaqlıq Nothing Ear Open adlanmalıdır. Görünür, bu yeni naqilsiz qulaqlığın təqdimatı artıq çox yaxındır. Belə ki, şirkət Nothing Ear Open-in ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş fotoda qulaqlıq konstruksiyasının bir hissəsi əks olunub. Fotonun sağında qulaqlığın mikrofon və səsgücləndiriciləri üçün nəzərdə tutulmuş sahələrini görmək olar. Fotoda görünən qara rəngli şəffaf sahə isə qulaqlığın sensorlu idarə paneli ola bilər. Təəssüflər olsun ki, Nothing Ear Open-in texniki imkanları barəsində bir məlumat yoxdur.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
