main-post-cover

    Nothing Phone (1)-in hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum olub

    Cihazlar+
    30.06.2022
    Farid Pardashunas
        Nothing şirkətinin rəhbəri Carl Pei təqdimata hazırlaşan Nothing Phone (1)-in ən vacib özəlliyi barəsində məlumat verib. Belə ki, sözügedən smartfonun hansı prosessor ilə təchiz olunacağı rəsmi şəkildə məlum olub. Bundan əlavə olaraq Carl Pei şirkətin nəyə görə ilk smartfon modelinin flaqman olmadığını açıqladı. Beləliklə onun sözlərinə əsasən orta səviyyədə olan prosessorlar istifadəçilərin gündəlik tələbatlarını qarşılamaq üçün lazımi səviyyədə performansı sərgiləyirlər. Bu məsələdə daha güclü və bahalı prosessorların təqdim etdikləri geridönüş isə orta səviyyəli prosessorlar ilə müqayisədə o qədər də güclü fərqdə sahib deyil. Rəsmi məlumata əsasən Nothing Phone (1) smartfonu Snapdragon 778G+ prosessoru vasitəsilə çalışacaq.
        Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sözügedən prosessor bu smartfon üçün xüsusi olaraq ayarlanıb. Təəssüflər olsun ki, söhbətin hansı tərz ayarlanmadan getdiyi barəsində məlumat verilməyib. Məlumdur ki, Nothing Phone (1) smartfonu şəffaf arxa panelə sahib olacaq. Bundan əlavə olaraq arxa paneldə 900 ədəd kiçik ölçülü diod işıqları yerləşəcəklər. Həmin diod işıqları isə öz növbələrində Glyph adlı unikal işıq interfeysini təqdim edəcəklər. Sözügedən unikal işıq interfeysi təkcə dekorativ funksiya rolunu daşımayacaq. Belə ki, həmin işıqlandırma sistemi istifadəçini oxunmamış bildirişlər və ya qəbul edilməmiş zənglər barəsində məlumatlandıracaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (1)-in təqdimatı 12 iyul tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər