main-post-cover

    Nothing Phone (2a)-nın fərqli render fotosu təqdim edilib

    Cihazlar+
    06.02.2024
    Emil Nəcəfov
         Nothing şirkəti hal-hazırda aktiv şəkildə Nothing Phone (2a) smartfonunun təqdimatına hazırlaşır. Şirkət artıq sözügedən smartfonun mövcudluğunu rəsmi şəkildə təsdiqləyib. Nothing Phone (2a)-nın bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir. İndi isə insayderlər Nothing Phone (2a)-nın keyfiyyətli render fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Lakin diqqət çəkən məqam ondadır ki, təqdim edilmiş render fotodakı smartfonun arxa panel dizaynı son zamanlarda ortaya çıxmış bəzi real fotolardakı smartfonun arxa panel dizaynı ilə üst-üstə düşmür.
         Nothing Phone (2a)-nın dünən təqdim edilmiş real fotosundakı smartfonun arxa panelində kameralar yuxarı mərkəz hissədə üfüqi şəkildə yerləşirlər. Lakin təqdim edilmiş yeni render fotoda arxa kameralar yuxarı sol hissədə şaquli şəkildə yerləşirlər. Buna görə də Nothing Phone (2a)-nın yekunda hansı dizayna sahib olacağını indidən söyləmək çətindir. Bununla belə render fotodan da görmək olar ki, Nothing Phone (2a) xarici görünüşcə Nothing-in daha öncəki smartfonlarına bənzəyir. Üstəlik render fotoya əsasən Nothing Phone (2a)-da Glyph adlı işıqlandırma sisteminin olmadığı aydın olur. Digər tərəfdən şirkət öz yeni smartfonunda sadəcə işıq diodlarının sayını azaltmış ola bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (2a)-nın növbəti render fotosu ortaya çıxıb
    nothing-phone-2a-nin-novbeti-render-fotosu-ortaya-cixib
    Android 14-ün stabil versiyası Nothing Phone (1) üçün istifadəyə verilib
    android-14-un-stabil-versiyasi-nothing-phone-1-ucun-istifadeye-verilib
    Nothing Phone (2a) smartfonu rəsmi şəkildə təsdiqlənib
    nothing-phone-2a-smartfonu-resmi-sekilde-tesdiqlenib
    Nothing Phone ((2a)-nın vacib özəlliklərindən biri məlum olub
    nothing-phone-2a-nin-vacib-ozelliklerinden-biri-melum-olub
    Nothing Phone (2a) və Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı açıqlanıb
    nothing-phone-2a-ve-nothing-phone-3-un-ne-zaman-teqdim-olunacagi-aciqlanib