
Nothing Phone (2a)-nın ilk satış nəticələri elan edilib
Cihazlar+
12.03.2024
Emil
Nothing Phone (2a) smartfonu 5 mart tarixində təqdim olundu. Bu gün isə sözügedən smartfon satışa çıxdı. Satışlara start veriləndən bir neçə saat sonra şirkət Nothing Phone (2a)-nın ilk satış nailiyyətləri barəsində məlumat verib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən satışlara start veriləndən sonra ilk 1 saat ərzində bütün dünyada ümumilikdə 60 000 ədəd Nothing Phone (2a) satılıb. Təbii ki, Apple və Samsung kimi böyük şirkətlər üçün bu cür göstərici heç nədir. Lakin hələ 3 smartfon modeli təqdim etmiş cavan şirkət üçün bu, çox əla göstəricidir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
