
Nothing Phone (2a) Plus smartfonunun bəzi tenxiki imkanları açıqlanıb
Cihazlar+
18.07.2024
Emil
Dünən məlumat ortaya çıxdı ki, Nothing şirkəti yaxın zamanda Nothing Phone (2a) Plus smartfonunu təqdim edə bilər. İndi isə insayderlər Nothing Phone (2a) Plus-ın bəzi texniki imkanlarını təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən bu yeni smartfonun mart ayının əvvəlində təqdim edilmiş Nothing Phone (2a)-dan əsas fərqi prosessorda olacaq. Belə ki, Nothing Phone (2a) Plus smartfonu MediaTek prosessoru əvəzinə Snapdragon prosessorunu əldə edəcək.
Çox güman ki, bu ya Snapdragon 7 Gen 3 ya da Snapdragon 7+ Gen 2 olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfon böyük ehtimalla şüşə materialdan hazırlanmış arxa panel örtüyünü əldə edəcək və özündə 2000 nit parlaqlığa sahib ekranı birləşdirəcək. Üstəlik Nothing Phone (2a) Plus-ın sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. Nothing Phone (2a) Plus-ın bu ayın sonunda təqdim ediləcəyi güman edilir.
Paylaş
Ən çox oxunanlar

560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
