Logo
    main-post-cover

    Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    21.04.2025
    Emil
         Nothing şirkəti artıq bu ilin əvvəlində Nothing Phone (3a) və Phone (3a) Pro smartfonlarını təqdim etdi. Lakin şirkət pərəstişkarları daha çox Nothing Phone (3) smartfonunun təqdimatını gözləyirlər. İndi isə bu təqdimatın nə zaman baş verəcəyi rəsmi olaraq açıqlanıb. Belə ki, Nothing şirkətinin CEO-su Carl Pei sosial şəbəkə X-də istifadəçilərin suallarına cavab verən zaman təsdiqləyib ki, Nothing Phone (3) smartfonu bu il ərzində iyul ilə sentyabr arasındakı müddətdə təqdim olunacaq. Yəni bu ilin üçüncü rübü çərçivəsində.
         Şirkətin Nothing Phone (3)-ün keçən il təqdim etməməsinə baxmayaraq əsas Nothing Phone seriyasının təqdimatı üzrə müddət aralığında heç bir dəyişiklik olmayıb. Belə ki, Nothing Phone (1) modeli 2022-ci ilin iyul ayında, Nothing Phone (2) modeli isə 2023-cü ilin iyul ayında təqdim olunmuşdu. Qeyd etmək lazımdır ki, Nothing Phone (3)-ün texniki imkanları barəsində hələ dəqiq heç bir məlumat yoxdur. Lakin gözləmək olar ki, smartfon ya flaqman ya da subflaqman prosessor vasitəsilə çalışacaq. Nothing Phone (3)-ün təqdimatına hələ müəyyən müddət qalsa da artıq 28 aprel tarixində Nothing-in CMF adlı subbrendi öz yeni smartfonunu təqdim edəcək. Söhbət, CMF Phone 2 Pro-dan gedir.
     
    Paylaş